Türkiyənin Star kanalında yayımlanan “Yalı çapkını”nın dünənki bölümü sosial şəbəkələrin gündəmini zəbt edib.
OLAY yazır ki, sezon finalına hazırlanan ekran işinin 33-cü seriyasında Fuad obrazına həyat verən aktyor Doğukan Polat tamaşaçılarla vidalaşıb.
Ssenariyə əsasən, ailənin böyük oğlu və gəlini Asuman ( aktrisa öznür Serçeler) qəza keçirir. Xəstəxanaya aparılan Fuadı xilas etmək mümkün olmayır və ailə, qardaşı Ferit ( aktyor Mert Ramazan Demir) bundan dərin kədər yaşayır.
Baş qəhrəmanın xəstəxanada həkimlə dialoqu, yaşadığı duyğular sosial şəbəkələrdə paylaşılaraq Mertin aktyorluğu yüksək qiymətləndirilib.