Film / Serial
Film / Serial

“Rza edibsə, haqq edib!”

“Rza edibsə, haqq edib!”

Aktyor, aparıcı Kamran Ağabalayev ötən gün həbs olunan həmkarı Rza Rzayev haqda status paylaşıb. 

OLAY yazır ki, sənətçi paylaşımında aktyorun tərəfini tutub və onu dəstəkləyib:

“Həyatda bəzən elə hadisələr baş verir ki, heç bir qınağa, qanuna baxmayaraq deyə bilirsən ki, filankəs əcəb edib, haqq edib. İndi qanunu pozub, qanun şahdır, anlayıram, ölkəni qanunlar idarə edir, anlayıram, amma Rza edibsə, haqq edib. Rzanı tanıdığım üçün əlimi vicdanıma qoyub deyə bilərəm ki, haqq edib. Vicdan bəzən qanundan üstün ola bilir. Allah işinə fərəc versin”.

Xatırladaq ki, Rza Rzayev Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum edilib.