Film / Serial
Film / Serial

“Kasıb oğlan, varlı qız” ARB-də!

“Kasıb oğlan, varlı qız” ARB-də!

Aktyor Kənan Yusifovun baş rolunda oynadığı “Kasıb oğlan, varlı qız” serial ARB televiziyasında tamaşaçılara təqdim olunacaq.

OLAY yazır ki, bu barədə aktyor özü İnstaqram hesabında məlumat verib. 

Bildirilir ki, ekran işi mayın 21-dən etibarən hər bazar 19:00-da yayımlanacaq. Kənanın tərəf müqabili Sənurə Cəfərovadır. 

Qeyd edək ki, serialın quruluşçu rejissoru Vüsal Məmmədov, layihə rəhbərləri və baş prodüserlər Kənan Yusifovla bərabər Azər Səlimli və Elsevər Camaldır.