Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin üzvləri müəyyənləşib.
OLAY yazır ki, bu barədə aktrisa Oksana Rəsulova məlumat verib.
O bildirib ki, Prodüserlər Gildiyasının İdarə Heyətinə prodüser Müşfiq Hətəmov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, “Ultra Production” şirkətinin rəhbəri Pərviz Məmmədov, “Nərimanfilm” şirkətinin rəhbəri Nəriman Məmmədov, “Oksi media” şirkətinin rəhbəri Oksana Rəsulova, “Cinex” kino şirkətinin rəhbəri Mariya İbrahimoviç və Fikrin Bektaşi üzv seçilib.
Qeyd edək ki, Azərbaycan Prodüserlər Gildiyası 2012-ci ildə 15 dövlət və qeyri-dövlət təşkilatı tərəfindən təsis edilib və ilk sədri Müşfiq Hətəmov olub.
Gildiyanın əsas məqsədləri milli kinematoqrafiyanın inkişafına dəstək, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının təmin edilməsindən ibarətdir.