“Bu dünyada heç nə əbədi deyil. Sən də deyilsən. Bunu anlamağa İlahidən sənə ağıl verilibsə, bir kimsənin xətrinə dəyməyə qalxmazsan. Sənə verilən ömrü pay da görə bilərsən, əzab da. Bu ömürdə sevgi də tapa bilərsən, kin-küdurət də”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Mehriban Zəki instaqram hesabında yazıb. Sevgidən bəhs edən aktrisa sözlərinə belə davam edib:
“Amma bir şey var. Sevgi istəyirsənsə, sevməyi bacarmalısan. Bu dünyada nəyi verirsənsə, onu da alırsan. Ağzından çıxan söz nədirsə sən osan. Sözlərinə diqqət et”.