“EGO” serialının aktrisası Melisa Aslı Pamuk həmkarı Alperen Duymazı İnstaqramda izləmədən çıxarıb..
OLAY yazır ki, yaşanan gərginliyin səbəbi bilinmir. Ancaq bir neçə ay bundan əvvəl onların arasında soyuq küləklər əsdiyi üçün sənətçilər İnstaqramda bir-birini silmişdilər.
Qeyd edək ki, Alperen aktrisa haqqında daha öncə Tvitter hesabında “Melisa həmişə setə gec gəlir. Gec gəldiyi və hamımızı gözlətdiyi üçün ona sual verdim. Saymazlıqla verdiyi cavabları məni özümdən çıxardı. Daha sonra mənimlə dava etməyə başladı və məni təhqir etdi” – deyə, yazıb. Melisa isə bunun qarşılığında açıqlamasında “Setlərdə belə hallar olur. 18 saat işləyirik, gərginliyimiz buna görədir. Alperenlə dostluğumuz sonsuza qədərdir” – demişdi.