“Yalı çapkını” serialının ötən günkü bölümü efirə verilməyib.
OLAY yazır ki, buna səbəb NTV-nin digər kanallarla ortaq yayımı olub. Belə ki, “Cumhurbaşkanı ile Gündem Özel” verilişi Star TV, Kanal D, TRT1 və ATV-də efirə gedib. Bu səbəblə də serialın yeni bölümü yayımlanmayıb.
“Show” TV isə ortaq efirə qatılmayıb. Buna görə də “Kızılcık şerbeti” yeni seriyası tamaşaçıların görüşünə gəlib.