Aktrisa Emma Vatson karyerasındakı fasilənin səbəblərini açıqlayıb.
OLAY yazır ki, sənətçi özünü çəkiliş meydançasında narahat hiss etdiyini qeyd edib.
“Düzünü desəm, çox da xoşbəxt deyildim. Düşünürəm ki, özümü bir az küncə sıxılmış hiss etdim”, - deyə, o, bildirib.
Emma gələcəkdə böyük ekranlara qayıda biləcəyini istisna etmir.
Aktrisa kinodan getdiyinə görə peşman olmadığını bildirib:
“Etdiyim işi bəyənirəm. Bu, özümü fərqli simalara və insanlara bölmək məcburiyyətində qalmamaq üçün bunun yolunu tapmaq deməkdir. Və daha robot rejiminə keçmək istəmirəm”.
Vatson karyerasına fasilə verdikdən sonra şəbəkədə müxtəlif söz-söhbətlər dolaşmağa başlayıb. Media onun sevgilisi Leo Aleksandr Robintona görə film çəkilişlərini müvəqqəti dayandırmaq qərarına gəldiyini yazıb. Qeyd olunub ki, aktrisa sevgilisi ilə daha çox vaxt keçirmək niyyətindədir. Məlumat da yayıldı ki, bir müddət sonra Vatson ailə qurmaq niyyətində idi, lakin şayiələr sonda təsdiqlənməyib.