Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Məlikdən xəbər var.
OLAY yazır ki, hazırda aktyor Milli Onkologiya Mərkəzində həkimlərin nəzarəti altında zəruri müalicə prosedurlarını qəbul edir.
Mərkəzdən verilən məlumata əsasən, R. Məlikin vəziyyəti stabildir, özünü yaxşı hiss edir.
Bildirilir ki, Mədəniyyət Nazirliyi sənətkarın səhhətini diqqətdə saxlayır, müalicənin gedişi ilə bağlı mütəmadi maraqlanır.