Məşhur karikatura rəssamı Öznur Kalender türkiyəli aktyor Eser Yenenleri təhqir etdiyinə görə məsuliyyətə cəlb olunub.
OLAY yazır ki, karikaturaçı qadın aktyoru donuza bənzədərək, rəsmini çəkib. Bundan başqa, Eser iddia edir ki, Öznur sosial media üzərindən aktyoru bir neçə dəfə təhqir edib.
Aprelin 13-ü məhkəmə prosesinin nəticəsində Öznur Kalender oyunçuya 30 min TL (təxminən, 3 min manat) təzminat ödəməli olacaq. Əlavə olaraq, rəssam qadının barəsində cəza tədbirlərinin də görüləcəyi deyilir.
Nigar Namiq