Film / Serial
Film / Serial

“Oskar-2024”ün yayım tarixi açıqlandı

“Oskar-2024”ün yayım tarixi açıqlandı

Kino Sənətləri və Elmləri Akademiyası 2024-cü il Oskar mükafatlarının tarixini açıqlayıb.

OLAY yazır ki, Akademiyanın rəsmi tvitter səhifəsində verilən məlumata görə, 96-cı Oskar Mükafatları 10 mart 2024-cü ildə keçiriləcək.

Namizədlərin rəsmi elanı yanvarın 23-də, yekun səsvermə isə fevralın 22-dən 27-dək baş tutacaq.

Mərasim Los- Ancelesdəki Dolby Teatrında göstəriləcək və ABC kanalında yayımlanacaq.