Böyük uğur qazanan “Bergen” filmi məhkəməyə verilib.
OLAY yazır ki, məşhur türk müğənni Bergenin həyatından bəhs edən kinonun ssenari müəllifləri Sema Kayqusuz və Yıldız Bayazıt maddi və mənəvi hüquqlarını pozduqları iddiası ilə prodüser Mine Şengöz və “Orkestr Yapım” şirkətindən şikayətçi olub.
İstanbul Fikri və Sənaye Hüquqları Məhkəməsinə açılan iddiaya görə, Mine Şengöz və Orkestr Yapım özlərini filmin ssenari və dialoq müəllifləri kimi təqdim edən müqavilələri imzalayaraq “xüsusi sənədlərin saxtalaşdırılması” cinayətini törədiblər.
Prodüserlə şirkət rəsmi qeydiyyat və sənədlərdə ssenarist kimi yer almayıblar, ancaq üçüncü şirkətlə imzalanan bəzi müqavilələrdə özlərini onlardan biri kimi göstərib.
Bundan narahat olan gerçək ssenaristlər isə məhkəməyə müraciət edib.