Real FM-in direktoru Kəmalə Onur Kino Forumu ilə bağlı tənqidi status paylaşıb.
OLAY yazır ki, bu barədə feysbukda fikirlərini bölüşən K. Onur kinoprodüser Orxan Mərdanın tədbirə çağırılmamasına reaksiya verib:
“Azərbaycan kinosunda iki cüt, bir tək adam var. Onlar da forum ediblər, Orxan Mərdanı çağırmağı düşünə bilməyiblər. Halbuki, Orxanı ən yaxşı prodüser hesab etmək olar. Hələ rejissorluğunu, ssenaristliyini, aktyorluğunu demirəm. Kino kimi kino forum”.