“Yalı çapkını” serialında canlandırdıqları Ferit və Seyran obrazları ilə bəyənilən Afra Saraçoğlu və Mert Ramazan Demir bayram tətilini birlikdə keçirib.
OLAY yazır ki, sevgili olduqları iddia edilən cütlüyün sosial şəbəkədə paylaşdıqları foto diqqət çəkib.
Böyük izləyici kütləsinə sahib olan tərəf müqabilləri bayram tətilində çəkdirdikləri şəkilləri instaqramda bölüşüblər. Eyni məkandan olan görüntülər onların birlikdə tətildə olduğunu düşündürüb.
Qeyd edək ki, aktrisanın köhnə sevgilisi Mert Yazıcıoğlu və aktrisa Dilan Çiçək Demir ilə eşq yaşayır və onlar tətil üçün Maldivə yollanıb.