Film / Serial
Film / Serial

İllər sonra ilk dəfə görüntüləndi

İllər sonra ilk dəfə görüntüləndi

Üç dəfə “Oskar”a layiq görülən aktyor Cek Nikolson illər sonra evinin eyvanında görüntülənib.

OLAY yazır ki, 2021-ci ildən evinə qapanan aktyorun psixi problemlərdən əziyyət çəkdiyi deyilir. 85 yaşlı kino ulduz yorğun görünüşü ilə diqqət çəkib.

Eyni zamanda, “Los Angeles Lakers”in sadiq fanatı olan sənətçi sonuncu dəfə iki il öncə basketbol oyununda görüntülənib.

Qeyd edək ki, aktyor bir çox tanınan filmlərdə rol alıb.