“Aile” serialının aktrisası Serenay Sarıkaya özü ilə bağlı maraqlı açıqlama edib.
OLAY yazır ki, “İbrahim Selim ile bu gece” verilişinı qonaq olan aktrisa onu gözəl hesab etməyənlərə səslənib:
“Bəzi insanlar deyir ki, “məncə, Serenay gözəl deyil!”. Çox xahiş edirəm, görünüşümü şişirməyin. Özümü hər halımla bəyənirəm. Heç bir gözəllik iddiam, böyük düşüncələrim yoxdur. Belə bir eqom və iddiam olmadığı üçün bəzilərinin bu cür şərhlər yazmağı çox mənasızdır”.