Türkiyənin “Netflix”dəki yeni layihəsi “Biz kimden kaçıyorduk anne?” rekorda imza atıb.
OLAY yazır ki, ekran işi 2-ci həftəsində 35 milyon 890 min saat izlənib. Bununla da “Netflix”in “Dili ingiliscə olmayan seriallar” siyahısında 1-ci pilləyə yüksəlib.
Qeyd edək ki, layihədə baş rolları Melisa Sözen və Eylül Tumbar oynayır.