Aralarında Britni Spirs, Cim Kerrinin də olduğu bir neçə Hollivud ulduzu yeni vergi dəyişiklikləri səbəbilə milyon dollarlıq malikanələrini satışa çıxarırlar.
OLAY yazır ki, onların sırasında amerikan aktyor Mark Volberq, Kayli Cenner də var. Los-Ancelesin yeni “malikanə vergisi”nin 1 apreldək aktivləşdirməsi məşhurlaşın təlaşla hərəkətə keçməsinə səbəb olub.
Yeni qanun 5 milyon dollardan dəyərli mülklərin satışı zamanı 4%-lik transfer vergisi ödənməsini tələb edib. Qiymət 10 milyon dollardan çox olarsa, ödəniş 5,5% olur. Yığılan vergilər isə sosial evlərə xərclənəcək.
Qanun səbəbilə Cim Kerrinin 1179 kvadratmetrlik evi fevralda 29 milyon dollara, Spirsin Kalabasasdakı 1082 kvadratmerlik evi 12 milyon dollara, Kayli Cennerin isə Beverli Hillsdəki evi 33 milyon dollardan yüksək bir rəqəmə satışa çıxarılıb.