Show TV-də yayımlanan “Kızılcık şerbeti” növbəti dəfə müzakirə yaradıb.
OLAY yazır ki, buna səbəb iftar açan şəxslə restoranda içki içən turistlərin eyni məkanda yer alması olub.
Belə ki, həmin şəxs ofisianta müraciət edərək Ramazan ayında içki verilməsinə etirazını bildirib.
Kıvılcım obrazını canlandıran aktrisa Evrim Alasya isə “Yan masada içki içilməsi sizi niyə narahat edir? İstəyən içki, istəyən də çay içsin. Bundan narahat olan isə gedib orucunu evində açsın”, - deyə, bildirib.
Obrazın bu sözləri isə birmənalı qarşılanmayıb. Bəziləri bu fikirləri haqlı qəbul etsə də, çoxları tənqid edib.