Aktyorlar Türkay Cəfərli və Yasin Həzirə də İkinci Qarabağ müharibəsinə həsr olunan filmin çəkilişlərinin baş tutmamasına münasibət bildirib.
Bu barədə sənətçilər OLAY-a danışıb.
T. Cəfərli bu filmə böyük həvəslə hazırlaşdığını, lakin hələ ki bir nəticə olmadığı üçün məyus olduğunu dilə gətirib:
“Filmin rejissoru və çəkiliş heyəti türklər idi. Sadəcə aktyorlar azərbaycanlılar idi. Deyilənə görə, keçən ilin oktyabrında başlamalı idik, sonra müəyyən problemlər oldu, hava ilə bağlı. 2-3 dəfə rejissor dəyişdi. Sonra nazirlikdə müəyyən problemlər, dəyişikliklər oldu. Vətənpərvərlik mövzusu arxa planda qaldı. Biz aktyorlar olaraq çox əziyyət çəkmişdik. Sırf vətənpərvərlik mövzusu olduğu üçün canla-başla məşq edirdik. Təəssüf ki, böyük həvəslə gözlədiyimiz iş hələ də havada qalır. Bu ay, bu gün deyə-deyə hələ də gözləyirik”.
Aktyor Yasin Həzirə isə “Mövzu ilə bağlı hələ dəqiq bir şey deyə bilmərəm. Çünki bizə deməyiblər ki, layihə olmayacaq. Sadəcə gözləyirik”, - deyə, qeyd edib.
Xatırladaq ki, sözügedən məsələ ilə bağlı ilk aktyor Corc Qafarov paylaşım edib.