Aktyor Bekir Aksoy “Yasak elma” serialı ilə bağlı qalmaqallı açıqlama verib.
OLAY yazır ki, sənətçi “2-ci sayfa” verilişində ekran işindəki son səhnəsini bəyənmədiyini biildirib:
“İzləyiciyə yalan deməyəcəyəm. Mənə çox mənasız gəldi. İstanbulun mərkəzində əqrəbin gəlib məni sancması mənasız oldu”.
Qeyd edək ki, serialda Engin obrazına həyat verən B. Aksoy ötən həftələrdə ekran işindən ayrılıb. Belə ki, Engin obrazı evində əqrəb sancmasından vəfat edib.