Film / Serial
Film / Serial

“Yalı çapkını”ndakı obrazına görə linç etdilər

“Yalı çapkını”ndakı obrazına görə linç etdilər

“Yalı çapkını” serialında Ferit obrazının məşuqəsi Pelin rolunu canlandıran Buçe Buse Kahraman sosial mediada linç edilib.

OLAY yazır ki, yeni fotosunu instaqramda izləyicilərlə bölüşən Buse onların tənqidinə tuş gəlib.

Sosial media istifadəçiləri sozügedən şəklin şərh bölməsində Pelin obrazı barədə mənfi fikirlərini qeyd ediblər.

Belə ki, “serialdan çıx”, “səni görmək istəmirik”, “bir az qürurlu ol”, “aktrisalığı sıfırdır, seriala yaraşmır”, “istənilmədiyin yerdə necə dayana bilirsən?”, “sənə görə reytinqlər aşağı düşüb” kimi cümlələr yazılıb.