Film / Serial
Film / Serial

Dünyaca məşhur müğənni “Elite”də

Dünyaca məşhur müğənni “Elite”də

“Netflix”in ən maraqlı layihələrindən olan “Elite” serialında yer alacaq yeni sima açıqlanıb.

OLAY yazır ki, ekran işinin 7-ci sezonunda dünyaca məşhur braziliyalı müğənni Anitta da yer alacaq.

Bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qeyd edək ki, 6-cı mövsümü 18 noyabrda təqdim edilən serialın yeni sezonunda Mirela Balik, Qleb Abrosimov, Nadya Al Saidi Ayala, Fernando Lindez, İvan Mendez və ilk sezondan layihədə olan Omar Ayuso da iştirak edəcək.