“Yarqı” serialında Pars obrazına həyat verən aktyor Mehmet Yılmaz Ak layihə ilə yollarını ayırıb.
OLAY yazır ki, ekran işinin sosial şəbəkə hesabında paylaşılan məlumata görə, buna səbəb sənətçinin səhhətində yaranan nasazlıq olub.
Daha sonra Mehmet instaqramda zəlzələ sonrası çətin günlər yaşayan ailəsi və sevdiklərinin yanında olmaq üçün bu addımı atdığını bildirib.
Aktyor səhhəti ilə bağlı ciddi problemin olmadığını da qeyd edib.
Bu açıqlamadan sonra serialın ssenaristi Sema Ergeneko Yılmazı izləmədən çıxıb.
Qeyd edək ki, final etməsi planlaşdırılan layihənin baş rollarını Pınar Denizlə Kaan Urqancıoğlu canlandırır.