Psixoloq Gülseren Budayıcıoğlu hekayə müəllifi olduğu “Yalı çapkını”ndan danışıb.
OLAY yazır ki, o, bu barədə NTV-nin suallarını cavablandırarkən açıqlama verib. G. Budayıcıoğlu deyib ki, sözügedən ekran işindəki obrazlar olduqca sevilib:
“Həm yaxşıları, həm də pisləri sevdilər. Biz orada iki gənc insanın hekayəsindən bəhs etdik. Onlar hələ tam yetkinləşməyib. Amma ailələri tərəfindən evliliyə məcbur edilirlər. Bu, bizim ölkəmizdə çox yaşanır. Biz yoxdur desək də, əsl reallıqlarımız bunlardır. Şəhərdə bunları görməyə bilərik. Amma bu reallıqları göstərirəm. İnşallah Allah sağlamlıq versə, göstərməyə də davam edəcəyəm. Bir şəxsin həyatını tam olaraq ekranda nümayiş etdirmirəm. Hekayəsi olan insanlardan çoxu sıravi adamlardır. Amma imkanlı ailələrdən olanlar da var”.