Xalq artisti Ramiz Novruzun dəfn olunacağı məkan hələ dəqiqləşdirilməyib.
OLAY yazır ki, bu barədə aktyorun çalışdığı Dövlət Akademik Milli Dram Teatrından məlumat verilib.
“Xalq artisti Ramiz Novruzla vida mərasimi öz evində olacaq. Mərasimin saatı və sənətkarın dəfn olunacağı yer dəqiqləşdirilir. Allah rəhmət eləsin!”, -deyə teatrın mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.