Film / Serial
Film / Serial

Aydan Salahova haqqında serial çəkildi

Aydan Salahova haqqında serial çəkildi

Azərbaycanlı rəssam Aydan Salahova haqqında “Aidan.doc”  adlı sənədli serial çəkilib. 

OLAY yazır ki, bu barədə TASS-a “Bokovfactory” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

“2023-cü il fevralın 15-də “Okko” onlayn kinoteatrında Aydan Salahovaya həsr olunmuş sənədli serialın premyerası keçiriləcək. Layihənin tədqiqatı tanınmış sənətkarın yaradıcılıq və şəxsi yolundan bəhs edən dörd epizoddan ibarətdir", - deyə bildirilib.

“Aidan.doc” təkcə rəssamın tərcümeyi-halından bəhs etmir, həm də Aydan Salahovanın özünə və ətrafına, yaradıcılıq yoluna və Rusiyanın müasir incəsənət tarixinin gedişatına təsir edən hadisələrə qiymət verir.

Baş qəhrəman xərçənglə mübarizədən, müasir rəssamlıqdan mərmər heykəltəraşlığa keçiddən, valideynlər, həmkarlar, dostlar və bədxahlarla münasibətlərdən danışır.