“Evdə qalmış” filminin təxirə düşmüş qalasının tarixi açıqlanıb.
OLAY yazır ki, 8 fevralda baş tutmalı olan premyera 15 fevralda həyata keçəcək. Film artıq kinoteatrlarda yayımlansa da, təqdimatın vaxtı Türkiyədəki dəhşətli zəlzələyə dəyişdirilmişdi.
Qeyd edək ki, layihədə Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova, Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb.
Filmin quruluşcu rejissoru isə Valeh Əhmədovdur. Ekran işi 9 fevraldan kinosevərlərin ixtiyarına buraxılacaq.