Film / Serial
Film / Serial

“Evdə qalmış” bu tarixdə nümayiş olunacaq

“Evdə qalmış” bu tarixdə nümayiş olunacaq

“Evdə qalmış” filminin yayım tarixi bəlli olub. 

OLAY yazır ki, ekran işi 9 fevralda “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Filmdə əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə 30 yaşına qədər evlənməlidir. Qonşunun, qohum-əqrəbanın “Evdə qalmısan?”, “A bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır. 

Filmdə Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova,  Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb.

Qeyd edək ki, ekran işinin quruluşcu rejissoru Valeh Əhmədovdur.