Film / Serial
Film / Serial

Şvarzenegger qəzaya düşdü

Şvarzenegger qəzaya düşdü

Dünyaca məşhur kino ulduzu Arnold Şvarzenegger qəzaya düşüb.

OLAY yazır ki, Los-Ancelesdə velosiped sürən bir qadın onun zolağına çıxıb və avtomobilə çırpılıb.

Qadın təcili xəstəxanaya aparılıb, Arnold isə hadisə yerində polislərlə qalıb.

TMZ bildirir ki, qəzada aktyorun günahı olmayıb. İstinad isə davam edir.