Film / Serial
Film / Serial

Anası möcüzə nəticəsində sağ qaldı

Anası möcüzə nəticəsində sağ qaldı

Dünyaca məşhur aktyor Dueyn Consonun anası Los-Ancelesdə ağır qəzaya düşüb. Consonun sözlərinə görə, o, möcüzə nəticəsində sağ qalıb.

OLAY yazır ki, film ulduzu İnstaqramda kuzovu ön sərnişin oturacağından ciddi zədələnmiş qırmızı rəngli Cadillac Escalade-nin fotosunu dərc edib.

“Rəhmət mələkləri dünən axşam avtomobil qəzasına düşən anama baxdılar”,- deyə Conson yazıb.

Aktyorun sözlərinə görə, anası bu dəhşətli qəzadan sonra əlavə müayinədən keçəcək:

“Bu qadın ağciyər xərçəngindən, çətin evlilikdən, sərxoş sürücü ilə baş-başa toqquşmadan və intihara cəhddən sağ çıxıb. O, sağ qaldı və möcüzələr reallığa çevrildi”.

O, Los-Anceles polisi və yanğınsöndürmə idarəsinə anasına kömək etdiyinə və baş verənləri telefonla danışdığına görə təşəkkür edib.