“Əqrəb mövsümü” serialı ötən ay yutubda yeni uğura imza atıb.
OLAY yazır ki, bu barədə ekran işinin yayımlandığı İctimai TV məlumat yayıb. Bildirilib ki, sözügedən platformanın Azərbaycan üzrə ən çox axtarılanlar sırasında olub:
“Yanvar ayı üzrə “YouTube” portalında Azərbaycan üzrə ən çox axtarılan filmlər və seriallar siyahısına İTV-də yayımlanan “Əqrəb mövsümü” başçılıq edir. Bu da İTV-nin istehsalı olan filmə izləyici marağının yüksək olmasından xəbər verir. Ümumilikdə İTV-nin rəsmi yutub kanalında bu seriala yanvar ayı ərzində 2 400 000 baxış olub”.