Amerikan ulduzlar Uill Smit və Martin Lourens “Bad Boys” franşizasının dördüncü hissəsində yenidən rol alacaqlarını rəsmən elan ediblər.
OLAY yazır ki, “Sony Pictures” təsdiq edib ki, adı açıqlanmayan “Bad Boys” filmi studiyada ilkin istehsal mərhələsindədir.
Hekayəsi 1995-ci ildə başlayan polis filmi çoxdan hazırlanıb, lakin Smit və Lourensin rəsmi təsdiqi yanvarın 31-də sosial mediada açıqlanıb.