Xalq artisti Fəxrəddin Manafov Rusiyada yayımlanan “Aktyor” serialında rol alıb.
OLAY yazır ki, “Россия-1” kanalında yayımlanan ekran işində F.Manafov kriminal aləmdən olan Səməd adlı bir şəxsi canlandırır.
Qeyd edək ki, eyni serialda aktyor Səmimi Fərhad da çəkilir. O, layihədə Orxan obrazına həyat verir. 9 bölümü yayımlanan “Aktyor”un sonuncu bölümündə Manafovla Səmiminin aktyorlar haqda olan azərbaycanca dialoqu diqqət çəkib.
Xatırladaq ki, F.Manafov sonuncu dəfə Rusiya istehsalı olan seriala 2004-cü ildə çəkilib.
Onu da bildirək ki, “Aktyor”da İvan Lipatov adlı aktyorun düşdüyü çətin durumdan bəhs edilir.