Aktrisa Nebahat Çehre yeni “Aşk-ı Memnu” filmində Firdevs rolunu canlandıracaq Hande Ataizidən danışıb.
OLAY yazır ki, bu barədə o, “Posta” qəzetinə açıqlamasında bildirib.
“Sanki Hande bir az gəncdir. Amma obrazı çox dəqiq oynaya bilər. Geyim və aktyorluq baxımından rolunun haqqını verər. Doğru qərardır.
Farah Zeynep Abdullahı (Bihter obrazı üçün nəzərdə tutulan aktrisa- red) da uğurlu aktrisa hesab edirəm. Film uğurlu olacaq, yaxşı ki, serial etməyiblər. Yoxsa böyük xəta edərlər”,- deyə N. Çehre qeyd edib.