Bu günlərdə “Əqrəb mövsümü” serialındakı obrazı ilə sosial medianın gündəmində olan aktyor Hikmət Rəhimov yeni layihəyə imza atıb.
OLAY yazır ki, ilkin adı “Yaşadığın ev qədərindir” olan filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri aktyorun özüdür.
“CNF Production” istehsalı olan ekran işində Azər Aydəmirov, Elşən Əskərov, İlqarə Tosova, Tural Baxış və Şəhla Əliyeva rol alacaq.
Filmin çəkilişləri artıq başlayıb. Bu barədə H.Rəhimov özü məlumat verib.