Film / Serial
Film / Serial

“Qız qalası” qayıdır

“Qız qalası” qayıdır

Azərbaycanda “Qız qalası” filmi lentə alınıb.

OLAY yazır ki, bu barədə sözügedən ekran işində baş rolu canlandıracaq aktyor Türkay Cəfərli məlumat verib. O, layihənin afişasını instaqram hesabında paylaşaraq bunları qeyd edib: “Səfərlərdən qayıdıb, Bakıya üz tutan, qalasına sadiq Qız qalası”.

Premyeranın fevral ayında baş tutması planlaşdırılır. Ekran işinin digər baş qəhrəmanı Könül Cəfərzadədir.

Qeyd edək ki, “Qız qalası” ilə bağlı 1923, 1978, 1984-cü illərdə film çəkilib.  onuncu dəfə komediya janrında “Qız qalası- Məhəbbət əfsanəsi” kinosu rejissor İlham Qasımov tərəfindən 2019-cu ildə ekranlaşdırılıb.