HBO-nun “Əjdaha Evi” (House of the Dragon) serialının baş rol ifaçısı Olivia Kuk “The Visit” adlı qorxu filmində rol alacaq.
OLAY yazır ki, İrlandiyada çəkilişlərinə başlanan yeni layihədə “Kral Qambiti”ndə gənc Anya Taylor-Coy obrazını canlandıran İsla Conston, “Taxtların oyunu” filmində Alfi Allen, Downton Abbey-dən Penelope Uilton və kino veteranı Stiven Rea da var.
2016-cı ildə çəkilmiş “Anamın Gözləri” qorxu filminin rejissoru olan kinooperator Nikolas Pesce də bu layihə üzərində işləyir. Prodüserlərin sözlərinə görə, film xəstə və ölüm ayağında olan anası səbəbindən katolik rahibələrin himayəsində yaşamağa göndərilən 14 yaşlı Mariya adlı qızdan bəhs edəcək. Ssenari Helen Gaugran tərəfindən yazılıb.