Aktyor Cerard Batler “Crash” filminin çəkilişləri zamanı təsadüfən üzünü fosfor turşusu ilə yandırdığını etiraf edib.
OLAY yazır ki, onun sözlərini “NME” nəşri sitat gətirib. Sənətçinin sözlərinə görə, çəkiliş meydançasında qarşısında hansı mayenin olduğunu başa düşməyib.
“Üzümü ovuşdurdum və hiss etdim ki, yanır”, - deyə bildirib.
Aktyor turşunun burnuna və boğazına keçdiyini qeyd edib.