Azərbaycan Televiziyası yeni çoxseriyalı bədii filmin çəkilişlərinə başlayıb.
OLAY yazır ki, mistik janrda olan “Tam məxfi” adlı seral “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalıdır. Ekran işinin tizeri isə artıq yayımlanıb.
Filmin baş qəhrəmanı yuxularında gələn ruhların səsini eşidə bilən qızcığazdır. Söhbət 12 yaşlı Dəniz Abbasovadan gedir. Dəniz 12 yaşında itkin düşür və 30 il sonra tapılır. Lakin maraqlısı odur ki, o, tapılanda da 12 yaşında olur. Rəsmi dövlət qurumları gələcəyi görə bildiyi üçün bu qıza işbirliyi təklif edir.
Baş verəcək cinayətlərin qarşısını almaq üçün onun bu qabiliyyətindən faydalanır. Çoxseriyalı bədii film tezlikdə AzTV-də yayımlanacaq.