“Ata ocağı” serialının rejissoru Rüfət Şahbazov “Körpü”dəki atmacaya münasibət bildirib.
Bu barədə o, OLAY-a danışaraq deyib ki, sözügedən ekran işinin rejissoru Emil Quliyevlə dostdur:
“Emil mənim dostumdur, serialın yaradıcı prosesində birgə olmuşuq. Emil mənimlə məsləhətləşib, “Ata Ocağı”nın səs heyəti ilə danışıb. Nəsə tanınmış bir serialdan söz açılmalı idi.
O da ən ərk etdiyi, yaxın bildiyi dostları bizik, biz də icazə vermişik. Emil qardaşımızdır, xeyirli olsun. Sabah mən də bir layihə etsəm, onun hansısa layihəsinə atmaca ataram. Bu, bir zarafatdır, yaxşı da alınıb. “Ata ocağı” illərdir davam edən populyar serialdır. Başqa seriala atmaca atıb, kiminləsə küsməkdənsə, dostumuzdur, bizə edib. Çox gözəl də iş çəkiblər, əla serialdır, mistikadır, yenilikdir Allah uğur versin”.
Qeyd edək ki, sözügedən ekran işində Nofəl Şahlaroğlunun canlandırdığı aktyor obrazının “Ana qucağı” adlı serialda rol aldığı göstərilir.
1457-ci bölümü yayımlanan layihədən aktyorun bezdiyi əks etdirilir.