İranlı aktrisa Taraneh Alidoosti 18 gün həbsdən sonra azadlığa buraxılıb.
OLAY yazır ki, 38 yaşlı Taraneh etirazlara dəstək verdiyi və nümayişçilərin edamını pislədiyi üçün 17 dekabrda İran hakimiyyəti tərəfindən həbs edilmişdi.
Qeyd edək ki, İranın məşhur aktrisaları Henqame Qaziani və Katayun Riahi etiraz hərəkatı ilə həmrəylik ifadə etdikdən və icimai yerlərdə hicablarını açdıqdan sonra həbs edilib.
Məlumat üçün bildirək ki, K. Riahi “Həzrəti Yusif” serialındakı Züleyxa obrazını canlandırıb.