Bir illik münasibətlərini bitirən Alp Navruz və Ayça Ayşin Turanın ayrılıq səbəbi ortaya çıxıb.
OLAY yazır ki, Alpın hazırda çəkildiyi “Yürek çıkmazı” serialında ilk olaraq Ayçanın rol alması istənilib. Ayşin fikrini almaq üçün ssenarini sevgilisinə oxutdurub. Hekayəni bəyənən Alp isə ona xəbər vermədən prodüserlə görüşərək serialın baş rolunda oynamaq istəyib. Bu isə Ayçanın xoşuna gəlməyib və cütlük yollarını ayırıb.