Türk aktyorların 2023-cü ilin yeni sezonunda seriallardan hər bölüm üçün alacağı qonorarlar açıqlanıb.
OLAY yazır ki, bu barədə türk mətbuatı məlumat yayıb. Açıqlanan siyahıda ən yüksək qonorar Kıvanç Tatlıtuğdadır. O, hər seriya üçün 1 milyon lirə tələb edir.
Engin Akyürek, Demet Özdemir, Serenay Sarıkaya 500 min lirə istəyir.
Ebru Şahin və Hande Erçelin tələbi 300 min lirədir.
Birce Akalay, Neslihan Atagül və İbrahim Çelikkol isə hər bölüm üçün 250 min lirə qonorar almaq niyyətindədir.