Film / Serial
Film / Serial

“Yalı çapkını” təəccübünü gizlədə bilmədi

“Yalı çapkını” təəccübünü gizlədə bilmədi

“Yalı çapkını” serialının Feriti aktyor Mert Ramazan Demir ekran işinin reytinq rekordları qırması haqda danışıb.

OLAY yazır ki, jurnalistlərin suallarını cavablandıran sənətçi layihəyə olan bu qədər maraq qarşısında təəccübləndiyini qeyd edib.

“Serial gözlədiyimdən çox fərqli səviyyəyə gəldi. Sevənlərimizə böyük hörmətim var”, - deyə , Mert bildirib.

Qeyd edək ki, “Yalı çapkını” Star TV-də təqdim edilir. Ekran işinin ssenarisi psixoloq Gülseren Budayıcıoğlunun kitabı əsasında hazırlanılıb.