Türkiyəli müğənni Gökhan Özoğuz uzun müddət sonra ekranlara qayıdır.
OLAY yazır ki, sənətçi “Kırmızı oda” serialında rol alacaq. O, bu cümə ekrana gələndə bölümdə Dara obrazına həyat verəcək.
Ssenariyə əsasən o, yuxusuzluq və bu səbəblə bağlı yaşadığı problemlərə görə əziyyət çəkən xəstə olacaq.
Qeyd edək ki, Gökhan ən son “O ses Türkiye”dəki jüriliyi ilə ekranlarda idi.