“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov yenidən həbs edilib.
OLAY lent.az-a istinadən yazır ki, o, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Qeyd edək ki, səhər saatlarında oxu.az-da yayımlanan xəbərə əsasən, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar etdiklərinə görə həbs olunan tiktokerlərdən artıq azadlığa buraxılanlar olduğu bildirilib.
“Sako” ləqəbli Sadiq İsmayılov və “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə həbs müddətləri bitdiyi üçün sərbəst buraxılıblar.