Sosial şəbəkə fenomenləri, influenser və blogerlərə qumar oyunlarının, icazəsiz lotereyaların reklamı ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən xəbərdarlıq edilib.
OLAY yazır ki, bu barədə informasiya qurumun yaydığı məlumatda yer alıb.
Mənbə bu cür reklamların qadağan olunduğunu bildirib.
Xəbərdarlıqda deyilir ki, pozuntulara görə fiziki şəxsləri 3 000 manat, vəzifəli şəxslər 7 000 manat, hüquqi şəxslər isə 40 000 manat məbləğində cərimə gözləyir.