Moskvanın Tverskoy Rayon Məhkəməsində Rusiya Ordusunu gözdən salmaqda təqsirləndirilən bloger Nastya İvleyevanın işi üzrə məhkəmə prosesi başlayıb.
OLAY yazır ki, bu barədə StarHit nəşri məlumat yayıb. Məhkəmədə iştirak etməyən İvleyeva Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmaq maddəsi ilə inzibati işdə cavabdeh olub. O, İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinə əsasən 50 min rubla qədər cərimə ala bilər.
Polis instaqramda “yenidən dərc edilən” paylaşımlara görə blogerə qarşı protokol tərtib edib. 24 fevral və 1 mart 2022-ci il tarixlərində İvleyeva xüsusi hərbi əməliyyata qarşı çıxış etdiyi və Rusiya hakimiyyətini dayandırmağa çağırdığı iki paylaşım edib. 2023-cü ilin dekabrında qalmaqallı “çılpaq məclisdən” sonra qız onları öz lentindən gizlədib, lakin sonra yazıları yenidən hər kəsə əlçatan vəziyyətə gətirib.