Digital
Digital

“Ahımızı alanlar hələ də əvəzini ödəyirmiş”

“Ahımızı alanlar hələ də əvəzini ödəyirmiş”

Aparıcı Samir Bayramlı 10 il əvvəl feysbuk hesabında paylaşdığı fikirlərini izləyiciləriylə bölüşüb.

OLAY yazır ki, instaqramın hekayə bölməsində paylaşım edən aparıcı “10 il” qısa şərhini yazıb.

Bayramlı 11 aprel 2014 tarixindəki paylaşımında bunları yazıb:

“Çox səhv etdik indiyə qədər. Başa salınması çətin, geri dönüşü olmayan. Dərs aldıqlarımız da oldu, dərs almağa vaxtımız olmayanlar da. Yəqin ki, uğurumuz da olub. Ahımızı alanlar hələ də ödəyirmiş əvəzini və yaxşı ki, etmişəm dediklərimiz şeylər də var, əlbəttə. Unutmağı ürəkdən istədiyimiz vaxtlar da var, insanlar da. Hələ ki, unutmadığımız, amma bir gün mütləq unudacağımız dostlar da var. Həyatımızdan illər, aylar oğurlayanlar var, beynimizdən silmək istədiyimiz görüntülər, eşitməməli olduğumuz sözlər, bəzilərinin gözünə soxmaq istədiyimiz reallıqlar var. Amma hər biri ürəyimizdə və beynimizdədir. Çünki bizim məcburiyyətdən də olsa, güclü olduğumuz anlarımız var”.